PSJ-nin fransalı hücumçusu Kilian Mbappe Paris klubu ilə müqaviləsini yeniləməyəcək.
Fanat.Az "AS" saytına istinadən xəbər verir ki, PSJ-nin yüksək maaş təklifinə baxmayaraq Mbappe müqavilə müddəti bitincə Fransanı tərk edəcək.
22 yaşlı hücumçu azarkeşlərin ona göstərdiyi münasibətdən narazıdır - hər oyun futbolçu fitə basılır. Bundan əlavə komandada hücumameylli futbolçuların çoxluq təşkil etdiyi də Mbappeni narahat edir.
Mənbə xəbər verir ki, böyük ehtimalla futbolçunun növbəti klubu "Real Madrid" olacaq.
Xatırladaq ki, Mabppenin PSJ ilə cari müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Emin Şəmsiyev