"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasın rekordunu qırıb.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən "Vilyarreal"la oyunda (2:1) meydana start "11-lik"də çıxan və 90+5-ci dəqiqədə komandasının qələbə qolunu vuran portuqaliyalı superulduz bu turnirdə 178-ci matçını keçirib.
Qeyd edək ki, ÇL-də ən çox oyun keçirmiş oyunçu ünvanını qazanan Ronaldu milli komandalar tarixinin də ən yaxşı bombardiridir.
Nihat