Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Visla" bu gün Polşa Ekstraklassasında növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Plotsk təmsilçisi 10-cu tur çərçivəsində "Qurnik"in qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
"Visla" keçirdiyi 9 oyunda 10 xal toplayaraq "Qurnik"lə 13-14-cü yerləri bölüşür. Rəqibin 1 oyun az keçirdiyini bildirək.
Qeyd edək ki, Krivotsyuk millimizin oktyabrın 9-da və 12-də İrlandiyayla Serbiyaya qarşı keçirəcəyi oyunlara dəvət alıb.
Mirağa