"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Kiyev "Dinamo"suna qarşı keçirəcəkləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, niderlandlı futbolçunun 20 oktyabr tarixində "Kamp Nou"da baş tutacaq görüş barədə söylədiklərini AD belə çatdırıb:
"İstənilən klubda hücumçuların yarısı oynamasa, ciddi problemlər yaranar. Yaxşı heyətimiz var. Zədələlilərin sıraya dönməsini gözləyirik. İnsanlar hər şeyi çox şişirdirlər. Kumanın üzərində böyük təzyiq var...
Hə, Çempionlar Liqasına yaxşı başlamamışıq. Amma hələ heç nə itirilməyib. "Dinamo"nu yenmək çox önəmlidir. Hədəflədiyimiz qələbə toparlanmağımızı şərtləndirəcək".
Bu mövsüm "Barselona" formasıyla ümumilikdə 8 oyuna çıxan de Yonq 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat