Futbol üzrə İrlandiya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi oyundan öncə problemlə üzləşib.
Fanat.Az xəbər verir ki, bu barədə RTE telekanalının sabiq eksperti Eymon Danfi “Sundayworld” nəşrinə açıqlamasında deyib.
O, qarşıdakı matçlar üçün komandaya dəvət almış 26 futbolçudan 8-i koronavirus əleyhinə peyvənd olunmaqdan imtina etiyini bildirib. Danfi həmin futbolçuların komanda yoldaşları Kallum Robinsonun vaksinlə bağlı etirafından sonra bu fikrə düşdüklərini vurğulayıb.
İngiltərənin "Vest Bromviç" klubunda çıxış edən Robinson daha öncə 2 dəfə koronavirusa yoluxduğu halda, peyvənd olunmayacağını söyləyib.
Qeyd edək ki, İrlandiya millisi oktyabrın 9-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq, oktyabrın 12-də isə Dublindəki "Aviva" stadionunda Qətəri qəbul edəcək.