Uels millisinin və İngiltərənin "Bornmut" klubunun futbolçusu Devid Bruksda onkoloji xəstəlik aşkarlanıb.
Fanat.Az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi özünün "Twitter" hesabında düşdüyü durumdan yazıb.
"Xəstəlik ikinci mərhələdədir və gələn həftdən müalicəyə başlayacağam. Xərçəng diaqnozu mən və ailəm üçün şok effekti yaratsa da, analiz nəticələri ümidvericidir. Əminəm ki, tam sağalıb yaşıl meydanlara qayıdacağam".
Qeyd edək ki, Devid Bruks 2018-ci ildən "Bornmut"da çıxış edir. O, yığmada 21 oyun keçirib.