"Bayern Münhen"in və Polşa millisinin hücumçusu Robert Levandovski növbəti yay transfer pəncərəsi dönəmində "Mançester Siti" və ya PSJ-də ola bilər.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Nikolo Skira şəxsi "Twitter" hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, futbolçunun meneceri Pini Zaxavi "Bild" nəşrinə müsahibəsinə onun 2023-cü ildə "rekordmaysetr"lə müqaviləsinin müddətinin bitəcəyini və həmin vaxt Levandovskinin "Mançester Siti"yə transferinin mümkün olduğunu deyib: "Bu, gələcəkdə mükmün transferdir"
Xatırladaq ki, Fransanın PSJ klubu da Levandovski ilə yaxından maraqlanır.
Emin Şəmsiyev