"Roma"nın baş məşqçisi Joze Mourinyu məşhur MMA döyüşçüsü Konor Makqreqorla görüşüb.
Fanat.Az xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis şəxsi "İnstagram" səhifəsində məlumat yayıb.
Joze Makqreqora 10 nömrəli Roma forması hədiyyə edib və irlandiyalı döyüşçünün şirkətinin istehsal etdiyi viskinin dadına baxıb: "Bəli, budur! Bəli, böyük Konor Makqreqor Romadadır. Onunla tanış olmaq, bəzi hekayələri bölüşmək və ona "Roma"nın formasını hədiyyə etmək çox xoş idi. Ona yox deyə bilmədim və viskisini dadmalı oldum. Əfsanə!"
Emin Şəmsiyev