İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker, "Liverpul" un hücumçusu Məhəmməd Salahı Lionel Messi ilə müqayisə edərək tərifləyib.
Fanat.Az xəbər verir ki, 60 yaşlı mütəxəssis bu barədə şəxsi "Twitter" səhifəsində yazıb: "Əla! Mo Salah Messiyə çevrilib. Salahda çox sevdiyim şeylərdən biri də, matçın necə getməsindən asılı olmayaraq, həmişə üzündə təbəssümlə oynamasıdır. Gözəl bir futbolçu və gözəl bir insan"
Xatırladaq ki, dünən, oktyabrın 16 -da İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində "Liverpul" səfərdə "Uotford"la oyunda misirli futbolçu 1 qol vurub və məhsuldar ötürmə edib. Oyun "qırmızılar"ın 5: 0 hesablı qələbəsi ilə başa çatıb.
Emin Şəmsiyev