"İnter"in baş məşqçisi Simone İnzagi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Moldova "Şerif"i ilə keçirəcəkləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, "SempreInter" mütəxəssisin söylədiklərini belə çatdırıb:
"Məncə, "Şerif" əvvəlki iki oyunu təsadüfən udmayıb. Bilirik ki, bura böyük ümidlərlə gələn kollektivlə qarşılaşacağıq.
Rəqibimiz təşkilatlanmış komandadır. Məncə, bizə qarşı müdafiədə daha çox vaxt keçirib əks-hücumda uğur qazanmağa çalışacaqlar. Yaxşı hücum xəttimiz var. Deyərdim ki, A Seriyasında ən yaxşı hücum xətti bizimkidir. Futbolçularım qol vəziyyətləri yarada, rəqib qapılarına yol tapa bilirlər".
Nihat