İtaliyanın "Sampdoriya" klubunun rəhbərliyi komandanın baş məşqçisi Roberto D'Аvеrsanı postundan uzaqlaşdırmağa hazırlaşır.
Fanat.Az Calciomercato.com-a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis A Seriyasının 9-cu turunda - "Spetsiya" ilə oyunda yetirmələrinə uğur qazandıra bilməsə, istefaya göndəriləcək.
Onun yerinə artıq real namizəd də var. Bu, ötən mövsüm "Yuventus"u çalışdırmış Andrea Pirlodur. Mənbəyə inansaq, Pirlo özü də Günuya təmsilçisini çalışdırmağın əleyhinə deyil.
Nihat