Ötən gün Çempionlar Liqasının qrup mərhələsində "Bayern Münhen" "Benfika"nın (Portuqaliya) qonağı olub və 4:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, oyun zamanı Almaniya təmsilçisinin baş məşqçisi Yulian Nagelsman (Julian Nagelsmann) özünü pis hiss etdiyini bildirib.
Bu gün isə 34 yaşlı mütəxəssisin koronavirusa yoluxduğu müəyyən olunub.
Məlumatı klubun rəsmi "Twitter" səhifəsi yayıb.
"Klubun baş məşqçisi Yulian Nagelsman peyvənd olunmasına baxmayaraq koronavirus testinin cavabı müsbət çıxıb. Nagelsman təcili yardım maşını ilə komandadan ayrılaraq Münhenə gedəcək və evdə karantinə alınacaq", - deyə bəyanatda bildirilib.
Emin Şəmsiyev