"Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola (Josep Guardiola) Stiv Brüsün (Steve Bruce) "Nyukasl"ın baş məşqçisi postundan göndərilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis bu barədə şəxsi "Twitter" hesabında yazıb:
"Sent Maksimenin Stiv Brüs haqqında yazısını oxudum. O, mənim üçün tam olaraq belədir. Kataloniyadan gələndə mənə çox diqqət yetirib. Stivə ən yaxşısını diləyirəm. Demək istəyirəm ki, barənizdə deyilən sözlərə fikir verməyin".
Qeyd edək ki, "Nyukasl"a müvəqqəti olaraq köməkçi məşqçi Qrem Cons (Graham Jones) başçılıq edir.
Emin Şəmsiyev