Fransa millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Patris Evra yeniyetmə olduğu dönəmdə seksual təcavüzə məruz qalmasından danışıb.
Fanat.Az xəbər verir ki, "The Athletic" Evranın söylədiklərini belə çatdırıb:
"Bu, mənim üçün çox ağır xatirədir. Hələ bu barədə qardaşlarıma, bacılarıma və bütün yaxın dostlarıma da danışmalıyam. İnsanların mənə yazığı gəlməsini istəmirəm. Təbii, başıma gələnlərə birmənalı yanaşmaq çox çətindir. Bir müddət öncə anamla bu haqda danışdım. Əlbəttə, istənilən ana öz övladından belə əhvalat eşitmək istəməz... Ona çox pis təsir etdi. Az qala dəli olacaqdı... Mənə bunun şəxsi məsələ olduğunu və kitabımda belə ürəkbulandırıcı reallıqdan danışmağı məsləhət görmədiyini bildirdi. Öz növbəmdə "ana, bu, mənim üçün yox, başqa uşaqlar üçündür" dedim. Belə deyəndən sonra məni anladığını söylədi. Açığı, cinayətkarın məhkəmə qarşısına çıxmasını vacib saymırdım. Anam ədalətin yerini tapmasının vacibliyini israr etdi. Yəni bu təklif ondan gəldi".
Nihat