PSJ-nin argentinalı ulduzu Lionel Messi klubun hücumçusu Mauro İkardinin satılmasını istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, Messi və İkardi arasında fikir ayrılığı yaranıb. Bu hadisədən sonra Leo "Barselona"nın hücumçusu Serxio Aqueronun (Sergio Agureo) PSJ-yə gəlməsi üçün İkardinin satılmasını tələb edib.
Xatırladaq ki, İkardi bu mövsüm PSJ-nin heyətində 11 oyunda iştirak edib və 3 qol vurub.
Emin Şəmsiyev