Səudiyyə Ərəbistanının maliyyə naziri Abdullah ibn Əbdül-Əziz ibn Əbdürrəhman əs-Səud "Nyukasl" klubunun ölkənin investisiya fondu tərəfindən satın alınmasına münasibət göstərib.
Fanat.Az xəbər verir ki, nazir bu barədə "NBC" telekanalına müsahibəsində danışıb:
"Nyukasl" tarixi klubdur. Bizim yatırdığımız sərmayələrimizdən sonra daha güclü klub meydana çıxacaq. Dünya yeni və daha güclü klub görəcək".
Xatırladaq ki, oktyabr ayının 7-si "Nyukasl" klubunu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu tərəfindən 350 milyon avroya satın alınıb.
Emin Şəmsiyev