Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə I Liqasının 10-cu turu çərçivəsində səfərdə "Balıkesirspor"la qarşılaşır.
Fanat.Az xəbər verir ki, hazırda davam edən görüşdə bursalılar hesabda 1:0 öndədir.
Oyunda hesabı məhz Namik açıb. Start heyətində meydana çıxan millimizin üzvü 29-cu dəqiqədə komandasını hesabda önə çıxarıb.
Bu, Ələskərovun Türkiyə I Liqasında ilk qoludur. Onun hesabında həmçinin, 3 qol ötürməsi var.