"Barselona"nın baş məşqçisi Ronald Kuman İspaniya Primyerasının 10-cu turunda "Real Madrid"dən aldıqları məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" niderlandlı çalışdırıcının 1:2 hesablı yenilgi barədə söylədiklərini belə çatdırıb:
"Real"a yenilmişiksə, yaxşı nəsə danışmaq çətindir. Nəticədən narazı qaldım. "Klasiko"da uduzmaq 3 xaldan daha çox itirmək deməkdir. İlk yarıda yaxşı təsir bağışladıq. Hesabı açmaq şansımız da oldu. Bilirdik ki, ilk qolu onlar vuracağı halda, inamla müdafiə olunaraq bizə problem yaradacaqlar. Dediyim odur ki, hesabı biz açsaydıq, başqa matç izləyəcəkdik...
Hə, son ötürmələrdə dəqiq ola bilmədik. Amma pis oynamadıq. Bacardığımızı etdik, mübarizə apardıq. Komanda yüksəlişdədir. Böyük matçlarda qələbə qazanmaq üçün bir qədər də inkişaf etməliyik. Növbəti oyuna hazırlaşmalıyıq. Çempionat uzun marafondur".
Nihat