"Roma"nın baş məşqçisi Joze Mourinyu A Seriyasının 9-cu turunda baş tutan oyunun - "Napoli" ilə matçın sonlarında texniki zonadan qovulub.
Fanat.Az xəbər verir ki, portuqaliyalı çalışdırıcı "Olimpiko"da keçirilən qarşılaşmanın 19-cu və 82-ci dəqiqələrində sarı vərəqə gördüyünə görə meydandan uzalaşdırılıb.
Qeyd edək ki, oyun 0:0 hesablı bərabərliklə başa çatıb.
Nihat