Türkiyəli siyasətçi, "Məmləkət" Partiyasının sədri Məhərrəm İncə Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” klubunu ziyarət edib.
Fanat.Az xəbər verir ki, İncə klubun bazasında mətbuata qapalı baş tutan görüşdə "ağ-yaşıllar"ın prezidenti Hayrettin Gülgülər və idarəçilərlə bir araya gəlib.
Daha sonra jurnalistlərə qısaca "Futbolumuzun, eləcə də Bursanın önəmli markalarından olan "Bursaspor" klubunu ziyarət etdik. Timsahlara uğur diləklərimizi çatdırdıq" deyən siyasətçi məşq meydançasına da çıxıb. Məhərrəm İncə penalti vuruşu ilə bacarığını göstərməyə çalışıb.
Klub prezidenti Hayrettin Gülgülər İncəyə təşəkkür edib və 16 nömrəli "Bursaspor" formasını hədiyyə verib.
Mirağa