"Real Madrid"in braziliyalı müdafiəçisi Marselo mövsümün sonunda klubdan ayrılacağını bildirib.
Fanat.Az "El Nasyonal" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu yeni müqavilə imzalamaq niyyətində deyil və buna görə də müqaviləsi 2022-ci ilin iyununda başa çatdıqdan sonra azad agent olacaq.
Qeyd edək ki, Marselo Braziliyaya - "Fluminense" klubuna qayıtmağı planlaşdırır.
Emin Şəmsiyev