"Lester Siti"nin yarımmüdafiəçisi Yuri Tilemans klubunu dəyişə bilər.
Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, Belçika millisinin üzvü "Liverpul" və "Bayern Münhen"in maraq dairəsinə düşüb.
"Lester"lə olan müqaviləsinin müddəti 2023-cü ildə başa çatacaq oyunçu bu mövsüm klubunun formasıyla 14 oyuna çıxaraq 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı Tilemansın transfer qiymətini 55 milion avro ilə dəyərləndirir.
Nihat