"Bayer Leverkuzen"in baş direktoru Fernando Karro (Fernando Carro) Bundesliqanın İngiltərə Premyer Liqası üçün "futbolçu fabriki"nə çevrilməsini tənqid edib.
Fanat.Az xəbər verir ki, son beş mövsümdə "Bayer Leverkuzen" Bernd Leno, Kay Haverts (Kai Havertz) və Leon Beyli (Leon Bailey) kimi oyunçuların Premyer Liqa klublarına satışından 142 milyon funt sterlinq qazanıb.
Almaniya çempionatının digər təmsilçiləri Dortmund "Borussiya"sı isə ötən yay yarımmüdafiəçi Ceydon Sançonu (Jadon Sancho) "Mançester Yunayted"ə 73 milyon funta satıb.
Lakin "The Guardian" nəşrinə danışan Karro bunu Bundesliqa üçün kədərli tendensiya kimi qiymətləndirir. Onun fikrincə, "Bizim televiziya müqavilələrimiz də var. Amma onları təkmilləşdirmək çətindir. Ona görə də biz yalnız Avropa yarışlarında uğurlu çıxış etməklə və transferlərlə ciddi gəlir artımına nail ola bilərik. Aydın məsələdir ki, transferlər yaxşı gəlir gətirir. İngilis klubları transferlər üçün yetərincə pul ödəyir. Amma bu hal Bundesliqanı İngiltərə klubları üçün futbolçu bazarına çevirir. Məgər bizim liqa "futbolçu fabriki"dir? Hər mövsüm hansısa oyunçu parlayan kimi İPL dərhal onlara göz qoyur və yüksək ödəniş pul qarşılığında kluba cəlb edir".
Xatırladaq ki, hazırda Bundesliqada çıxış edən Robert Levandovski (Robert Lewandowski) və Erlinq Holand (Erling Haaland) da daxil olmaqla bir neçə alman futbolçunun növbəti mövsüm İPL-ə keçicəyi gündəmdədir.
Emin Şəmsiyev