Millinin futbolçusu homoseksual olduğunu etiraf etdi - VİDEO

Millinin futbolçusu homoseksual olduğunu etiraf etdi - VİDEO

Avstraliya millisinin və "Adelaid Yunayted" klubunun futbolçusu Coş Kavallo (Josh Cavallo) homoseksual olduğunu ictimaiyyətə açıqlayıb.

Fanat.Az xəbər verir ki,  21 yaşlı müdafiəçi bu etirafını videoya çəkib və "Twitter" səhifəsində paylaşıb.

Millinin futbolçusu homoseksual olduğunu etiraf etdi - VİDEO

"Bu gün həyatımda şəxsi bir şey haqda danışmaq istəyirəm. Nəhayət bu barədə rahatlıqla danışa bilərəm. Mən futbolçuyam və mən geyəm. Əvvəlcə düşündüm ki, insanlar bunu biləndə mənim haqqımda başqa cür düşünəcəklər, fərqli rəftar edəcəklər, haqqımda pis sözlər deyib ələ salmağa başlayacaqlar. Amma gördüm belə deyil." 

Həmin etirafın videosunu təqdim edirik: 

 

 

Qeyd edək ki, homoseksual futbolçunun bu addımını "Barselona", "Arsenal", "Yuventus",  şəxsən Jerar Pike (Gerard Pique) və bir çox futbol siması dəstəkləyib.

Xatırladaq ki, Kavallo "Adelaid Yunayted" klubunun heyətində 20 oyun keçirib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər