"Atletiko"nun hücumçusu Antuan Qrizmann Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Milan"dan aldıqları 0:1 hesablı məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" Fransa millisinin forvardının söylədiklərini belə çatdırıb:
"Milan" bizi çox yaxşı öyrənmişdi. Əlbəttə, oyunla bağlı planlarımız var idi. Ancaq heç nə alınmadı. Ən pis olan nəticədir. Etiraf edim ki, "Milan" bu gün bizi bütün komponentlərdə üstələdi. Əlbəttə, bu, futboldur. Sonadək mübarizə aparacaq, bacardığımızı edəcəyik. Komandamıza inanıram. Qarşıda bir oyunumuz var. Öz üzərimizdə çalışmalı, daha yaxşı olmağın yollarını tapmalıyıq".
Qeyd edək ki, D qrupunda ilk qələbəsini qazanan İtaliya təmsilçisi xal hesabını 4-ə çatdıraraq 3-cü yerə yüksəlib. Digər göstəricilərə görə milanlılardan geri qalan "Atletiko" isə qrup sonuncusudur.
Nihat