Ötən gün Çempionlar Liqasının qrup mərhələsində "Ayaks" səfərdə "Beşiktaş"a 2:1 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, sözügedən matç Niderland təmsilçisinin futbolçusu Sebastian Alle üçün əlamətdar olub.
Belə ki, görüşdə dubla imza atan 27 yaşlı hücumçu ÇL-də qol sayını 9-a çatdıraraq "Bayern Münhen"in forvardı Robert Levandovskiyə çatıb.
Hazırda hər iki futbolçunun aktivində 9 qol var.
Xatırladaq ki, "Ayaks" Çempionlar Lıqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Emin