İngiltərəli futbol şərhçisi - İngiltərə millisinin və "Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager Fransanın PSJ komandası barədə danışıb.
Fanat.Az xəbər verir ki, o, Paris təmsilçisinin Lionel Messi, Neymar və Kilian Mbappe ilə Çempionlar Liqasını qazana bilməyəcəyini deyib:
“Çempionlar Liqasında dörd favoritim var: “Mançester Siti”, “Liverpul”, “Çelsi” və “Bayern Münhen”. Bu komandalara baxsanız, meydanda hansısa futbolçunun gəzdiyini görməzsiniz. PSJ-də isə meydanda gəzən üç futbolçu var – Messi, Neymar və Mbappe. PSJ bu oyunçularla Çempionlar Liqasını qazana bilməz”.