12:56 27.11.2021 488

Münəccimin proqnozu: La Liqada mərkəzi görüş

Bu gün İspaniya La Liqasının XV turuna start veriləcək.

Fanat.Az proqnoz vermək üçün turun ən maraqlı oyunlarından biri olan "Vilyarreal" - "Barselona" görüşünü seçib.

Vilyarreal

"Vilyarreal" heç də yaxşı mövsüm keçirmir. Unai Emerinin rəhbərlik etdiyi komanda hazırda turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. "Sarı sualtı qayıq" avrokuboklarda yarışma zonasından yeddi xal geridədir. Komandanın tez-tez xal itirdiyini nəzərə alsaq, bunu əlverişsiz vəziyyət adlandırmaq olar. Son turda "Vilyarreal" "Selta" ilə 1:1 hesablı heç-heçə edib. UEFA Çempionlar Liqasında isə Emerinin yetirmələri öz meydanında baş məşqçi problemi yaşayan "Mançester Yunayted"ə məğlub olub - 0:2. 

Hücumçu Jerar Moreno və mərkəz müdafiəçisi Xuan Foyt bu gün meydanda olmayacaq.

Barselona

"Barselona" da rəqibi kimi çox zəif mövsüm keçirir. Xavinin komandası turnir cədvəlində yeddinci yeri tutur. “Blauqrana” Çempionlar Liqası zonasından 6 xal uzaqdadır. La Liqada isə lider “Real Madrid” isə 10 xal irəlidədir. Bu həftə "Barselona" Çempionlar Liqasında öz meydanında "Benfika"nı məğlub edə bilməyib - 0:0. Son turda "Barsa" "Bavariya"nı məğlub etməlidir. Ki, bu da real görsənmir.

Yarımmüdafiəçi Breytveyt, hücumçular Ansu Fati, Pedri və müdafiəçi Serji Roberto bugünkü oyunu buraxmalı olacaq.

Komandalar arasında keçirilən son 5 oyun: 
Villarreal - Barselona 1:2
Barselona - Villarreal 4:0
Villarreal - Barselona 1:4
Barselona - Villarreal 2:1
Villarreal - Barselona 4:4 

Proqnoz

“Vilyarreal”ın ciddi problemləri var və Avropa yarış zonasından uzaqdadır. Komanda hazırda yer uğrunda mübarizəni yarımçıq qoymayıb, ona görə bu gün maksimum nəticə əldə etməyə çalışacaq. "Barselona" səfər matçlarında həssasdır və müntəzəm olaraq qol buraxır. Bu səbəbdən çətin ki, güclü ev sahibi "Villarreal"a qarşı rahat oynaya bilsin. Lakin hər iki komanda son səfər oyunlarında müntəzəm olaraq qol buraxırlar. Odur ki, Xavinin yetirmələrinin qol vura biləcəyinə ümid etmək olar. 

Münəccim matçın məhsuldar olacağına inanır. Proqnoz - oyunda 2-dən artıq qol olacaq (2,5 ÜST). Xarici bukmeker kontorları belə bir mərci 1.85 əmsalla qiymətləndirir.

Komandalar arasında keçirilən son 10 oyunu nəzərdən keçirdik. Onların 7-sində hər iki komanda fərqlənə bilib. Mütləq qələbə qazanmaq üçün hər iki komanda hücumda daha çox performans göstərməyə çalışacaq. Odur ki, münəccimin alternativ proqnozu qarşılıqlı qollar (QQ) olacaq. Əmsal qənaətbəxşdir - 1,66.

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

Facebookdan bizi izləməyi unutmayın.
X