"Barselona"nın baş məşqçisi Xavi La Liqanın 15-ci turu çərçivəsində "Vilyarreal"a qarşı keçirdikləri oyunu (3:1) şərh edib.
Fanat.az xəbər verir ki, 41 yaşlı mütəxəssis bu barədə oyundan sonra keçirilən ənənəvi mətbuat konfransında danışıb: “Biz böyük komandaya qarşı oynadıq. Qarşılaşma çətin keçdi və gözlədiyimizdən də az üstün qazandıq. Amma Memfis Depayın qolu və penalti ilə bəxtimiz gətirdi. Bu üç xal qızılla dəyər, çünki bu, mönim başçılığım alyönda ilk səfər qələbəsidir, vəziyyəti nəzərə alsaq, bu, bizim üçün hava və su kimi vacibdir. Onu da deyim ki, "Vilyarreal"məğlubiyyətə layiq deyildi."
Xatırladaq ki hazırda "Barselona" İspaniya La Liqasının turnir cədvəlində 23 xalla 8-ci yerdədir.
Emin