Keçmiş ispaniyalı hakim Eduardo İturralde Qonzales La Liqanın "Vilyarreal" - "Barselona" matçının əvvəlində (0:0, fasilə) Jerar Pikenin iştirakı ilə mübahisəli epizodu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, oyunun 6-cı dəqiqəsində top öz cərimə meydançasında olan "Barsa" müdafiəçisinin əlinə dəymişdi. Sezar Soto Qradonun rəhbərlik etdiyi matçın hakimləri bu an heç bir qayda pozuntusuna işarə etməyiblər. VAR-a cavabdeh olan Xose Munuera Montero da epizodu dəyərləndirmək üçün baş hakimi dəvət etməyib.
Sabiq ədalət təmsilçisi Eduardo İturralde Qonzales isə "Mundo deportivo" nəşrinə həmin epizodda penalti qərarı verilməli olduğunu bildirib: “Bu, açıq penaltidir, Pike əlini yerə salmışdı. Özünü topun altına atdı, top söykəndiyi sol əlinə deyil, sağ əlinə dəydi. VAR belə epizodlarda müdaxilə etməlidir. Top onun əlinə dəymişdi. Penaltinin verilməməsi böyük səhf idi"
Xatırladaq ki, həmin oyun qonaq komanda "Barselona"nın 3:1 hesablıqələbəsi ilə yekunlaşmışdı.
Emin