"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu "Qızıl top" mükafatının bu gün baş tutacaq təqdimat mərasiminə qatılmayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Pedro Sepulveda şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Bakı vaxtı ilə 23:30-da başlayacaq tədbir Parisdə baş tutacaq.
Mükafatın qalibi rəsmən açıqlanmasa da, Lionel Messinin növbəti dəfə "Qızıl topu" qazandığı barədə informasiyalar yayılıb.
Nihat