Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.
"Voetbal Primeur" nəşri: "Ayaks" "Anderlext"in futbolçusu Serxio Qomesi hədəfə alıb.
Klubun skautları 21 yaşlı ispan müdafiəçini “Anderlext” – “Şarlerua” matçı zamanı izləyiblər.
"Corriere dello Sport" nəşri: "Budye Qlimt"in hücumçusu Erik Botheym "Latsio"ya keçməyə hazırdır. Lakin klub A Seriyasında ona yer etmək üçün Vedat Murikini satmalıdır. "Zaltsburq"un hücumçusu Benjamin Şeşko "Latsio" üçün alternativ variantdır.
"Goal" saytı: "Borussiya Dortmund" Darvin Nunyeslə maraqlanır. Uruqvaylı futbolçunun agenti Edqardo Lasalvia artıq Almaniya klubunun nümayəndələri ilə görüşüb.
"TEAMtalk" saytı: “Reyncers” Xavi Simonsu icarəyə götürmək istəyir. Onun PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatır və hazırda müqavilə ilə bağlı danışıqlar gedir. 18 yaşlı futbolçuya meydanda daha çox oyun vaxtı lazımdır.
"As" nəşri: "Bayern Münhen"nin ulduzu Robert Levandovski agenti Pini Zahavidən "Real Madrid"ə transferini təşkil etməyi xahiş edib. 33 yaşlı polşalı hücumçunun alman klubu ilə cari müqaviləsi 30 iyun 2023-cü ilə qədər qüvvədədir.
"Le Quotidien du Sport" nəşri: "Olimpik Lion" Serdar Azmunu qışda almaq və mövsümün sonuna qədər icarə əsasında "Zenit"də saxlamaq niyyətindədir. “Lion” transfer yarışında “Bayer 04”ə qalib gəlmək niyyətindədir.
"As" nəşri: Kepa Arrisabalaqa yanvarda "Çelsi"ni tərk etmək istəyir. "Latsio" ispan qapıçını almağa hazırdır.
"Bild" nəşri: Ralf Ranqnik Erlinq Holandı gələn yay "Mançester Yunayted"ə keçidə razı salacağı təqdirdə 10 milyon avro qazana bilər. Ranqnik Holandın atası ilə dostluq münasibətinə arxalanaraq bu işi öz üzərinə götürüb.
Emin Şəmsiyev