İsveç millisinin və "Milan"ın hücumçusu Zlatan İbrahimoviçin "Adrenalin" adlı kitabı işıq üzü görüb.
Fanat.Az xəbər verir ki, kitabda onun futboldankənar həyatından bəhs olunur:
“40 yaşım, 2 övladım var. Onlar da artıq uşaq deyil. Bu yaşda "vərəqdə xətt çəkilir", məbləğlər hesablanır və qalıq təxmin edilir. Hamı İbrahimoviçi futbolçu olaraq tanıyır, adi insan kimi tanımır. Bu kitabın mənası budur "
Ho quarant’anni e due figli che non sono più bambini, ma ragazzi. A quest’età in genere si tira una riga sul foglio e si fanno le prime somme, i primi bilanci. Se il giocatore Ibra lo conoscono tutti, l’uomo Ibra no.
— Zlatan Ibrahimović (@Ibra_official) December 2, 2021
È il senso di questo libro.#Adrenalina - #MyUntoldStories pic.twitter.com/ESlRXh4ZCL
Xatırladaq ki, Zlatan İbrahimoviç cari mövsüm "Milan"ın heyətində 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin