"Mançester Yunayted"in yeni baş məşqçisi Ralf Ranqnikin təyinatı bazar ertəsi (29 noyabr) rəsmiləşsə də, iş vizası almaqda çətinlik çəkdiyi üçün Böyük Britaniyaya gəlişi ləngiyib.
Fanat.Az xəbər verir ki, "ESPN"in əməkdaşı Rob Douson Ranqnikin “Arsenal”la bugünkü Premyer Liqa görüşünü tribunadan izləyəcəyini yazıb.
Alman mütəxəssisin dekabrın 5-də İPL-in "Kristal Pelas" matçında komandasına rəhbərlik edəcəyi bildirilir. Bunun üçün artıq bütün sənədlər hazırlanıb.
Emin