Almaniyanın "Layptsiq" klubunun müdafiəçisi Nordi Mukiele gələn ay iş yerini dəyişə bilər.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, fransalı futbolçunun xidmətində "Mançetser Yunayted"in yeni baş məşqçisi Ralf Ranqnik maraqlıdır.
Mənbə Ranqnikin 24 yaşlı Mukielenin transferi barədə rəhbərliyi məlumatlandırdığını və "qırmızı şeytanlar"ın yanvarda bu keçidi reallaşdırmağa çalıacaqlarını vurğulayıb.
"Transfermarkt" sözügedən oyunçunun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.
Nihat