İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində hazırda davam edən "Arsenal"la oyun "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş üçün "qırmızı şeytanlar"ın formasıyla yubiley matçı - 100-cü görüşdür.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, 27 yaşlı Fernandeş geridə qalan 99 qarşılaşmada 44 qol və 37 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
2020-ci ilin yanvarında "Sportinq"dən indiki klubuna transfer olunan orta xətt oyunçusu hazırda İPL-də çıxış edən bütün futbolçulardan üstün məhsuldarlıq (qol və məhsuldar ötürmə) nümayiş etdirərək rekord müəyyənləşdirib. Portuqaliyalının keçirdiyi 100 oyun üçün orta məshuldarlığı 0,8-dir.
Nihat