"Barselona" İspaniya millisinin və "Mançester Siti" klubunun vingeri Ferran Torresi heyətinə qatmağa yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Nikolo Skira şəxsi "Twitter" səhifəsində məlumat yayıb.
Skiranın iddiasına görə, "blauqrana" futbolçu ilə 2026-cı ilə qədər hesablanacaq şəxsi müqavilənin şərtlərini müzakirə ediblər və hər iki tərəf razıdır. "Barsa" 21 yaşlı futbolçunu yanvarda heyətinə qatacaq. Torresin özü də klubunu dəyişmək və Xavinin rəhbərliyi altında çalışmağı üstün tutur. "Barselona" hazırda "Mançester Siti" ilə transferin məbləği ilə bağlı danışıqlar aparır.
Xatırladaq ki, Ferran Torres ötən ilin yayından "Mançester Siti"də oynayır və keçirdiyi 28 oyuna 9 qolla yadda qalıb.