"Tottenhem" İngiltərə Premyer Liqasının XV turunda "Norviç"i 3:0 ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra "Daily Mailə danışan "Tottenhem"in italyan baş məşqçisi Antonio Konte azarkeşlərdən böyük dəstək gördüyünü deyib:
"İlk növbədə məni dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm. Bir tərəfdən çox xoşbəxtəm. Digər tərəfdən, indi azarkeşlərimiz qarşısında əlavə məsuliyyət hiss edirəm. Gələcəkdə bunun nəticə verəcəyini sübut etməyə çalışacağam. Mən cəmi bir aydır burdayam. Bəlkə də, mənə təşəkkür etmək üçün hələ tezdir”.
Xatırladaq ki, "Tottenhem" 25 xalla turnir cədvəlində 5-ci sırada qərarlaşıb. Komanda çempionatın növbəti turunda səfərdə “Brayton”la qarşılaşacaq. Dekabrın 9-da isə Konfrans Liqası çərçivəsində “Renn”i qəbul edəcək.
Emin