14:52 06.12.2021 653

Transfer şayiələri: Mourinyu \"Roma\"nı tərk edə bilər

Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.

"Fichajes" nəşri: Renato Sançeslə "Nyukasl", "Barselona", "Milan", "Liverpul" və "Mançester Siti" maraqlanır. "Lill" hələ heç bir rəsmi təklif almayıb, lakin onlar portuqaliyalı oyunçuya bazarda tələbat olduğu halda satışından yüksək gəlir əldə edəcəklərinə ümid edirlər.

"Fichajes" nəşri:  Yarımmüdafiə xəttini gücləndirməyə çalışan "Liverpul" gələn yay "Napoli"dən Fabian Ruizi almağa çalışacaq. Futbolçu yeni kluba keçməyə hazırdır. İngilislər gələn yay Toni Krossu da heyətinə qatacaq.

"The Sun" nəşri: "Everton" Cordan Pikfordu 30 milyon funta satmağa hazırdır. "Tottenhem" qapıçıya həftədə 100.000 funt sterlinq ödəməyə razıdır, lakin "Everton"un yüksək məbləğdə olan tələbləri planlaşdırılan danışıqlarda maneə törədə bilər.

"Foot Mercato" nəşri: PSJ Conatan İkonenin "Lill"dən "Fiorentina"ya keçməsindən böyük gəlir əldə etmək niyyətindədir. İtaliya klubu futbolçunu 21 milyon avroya transfer etməyə yaxındır. Bu satış PSJ-yə təxminən 10 milyon avro qazandıracaq.

"L'Equipe" nəşri: Klod Puel "Sent-Etyen"in baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb. Klub turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. "Sent-Etyen"ə Paskal Düprase başçılıq edəcək.

"The Mirror" nəşri: "Everton" Rafael Benitesin əvəzedicisi kimi Joze Mourinyonu görür. Benitez klubu bu yay təhvil alıb. Lakin mövsümə pis başladıqları üçün təzyiq altındadırlar. “Everton” ispaniyalı çalışdırıcını qovmaq qərarına gəlsə, “Roma”ya yeni qoşulmasına baxmayaraq İngiltərəyə qayıtmağa hazır olan Mourinyuya müraciət edə bilər.

"Metaratings" saytı: Paolo Vanoli dekabrın 16-da "Spartak"ın baş məşqçisi olacaq. Həmin gün müqavilənin imzalanması və rəsmi təqdimat mərasimi keçiriləcək. Vanoli əvvəllər "Çelsi" və "İnter"də Antonio Kontenin köməkçisi kimi çalışıb.

"Corriere dello Sport" nəşri: "Roma" "Byern Münhen"inn yarımmüdafiəçisi Marke Roka ilə maraqlanır. Daha çox oyun vaxtı istəyən ispan oyunçu keçidə razılıq verə bilər.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X