Yayda "Olimpik Lyon"dan "Barselona"ya pulsuz keçən Memfis Depay komandadan ayrılmaq istəyir.
Fanat.Az xəbər verir ki, “El Nacional” bu iddia ilə çıxış edib.
Xəbərdə hollandiyalının daha əvvəl belə qısa müddətdə “Barselona”dan ayrılmağı düşünmədiyi, ancaq onu İspaniyaya gətirən Ronald Kumanın qovulmasından məyus olduğu bildirilir.
Digər tərəfdən, xəbərdə "Barselona"nın "Borussiya Dortmund"un ulduzu Erlinq Haalandla maraqlanması və Edinson Kavaniylə Artur Kabral üçün hərəkətə keçməsi Depayı gələcək təklifləri dəyərləndirməyə sövq etdiyi vurğulanıb.
Depay bu mövsüm "Barselona"nın heyətində 20 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.