2021-ci ildə son oxununu dekabrın 17-də "Lexia Qdansk"a qarşı keçirəcək "Visla"un qış hazırlıq planı açıqlanıb.
Fanat.Az Plotsk klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu görüşdən sonra "neftçilər" üç həftəlik tətilə gedəcəklər.
Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Visla" yanvarın 7-də yenidən bir araya gələcək. On günlük fiziki məşqlərdən sonra komanda yanvarın 17-də Türkiyənin Bələk bölgəsinə yollanacaq və qış hazırlıqlarını orada davam etdirəcək. Bu müddətdə üç sparrinq oyunu keçiriləcək ki, görüşlər yanvarın 19, 23 və 27-nə təyin olunub. Rəqiblərdən ikisi məlumdur. Rusiyanın "Rubin" və Bolqarıstanın "Ludoqorets" komandaları ilə görüşlər artıq təsdiqlənib.
Mirağa