Bu gün Polşa Ekstraklassasında 18-ci tur çərçivəsində "Visla" (Plotsk) - "Legiya" (Varşava) oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, oyuna Anton Krivotsyuk - Mahir Emreli dueli baxımından maraq olsa da, Azərbaycan milli komandasının üzvlərinin Polşadakı qarşıdurması bu dəfə də baş tutmayıb.
Krivotsyuk "Stal"la son turun oyununda mövsüm ərzində 4-cü dəfə sarı vərəqə alaraq cəzalı duruma düşdüyü üçün oynamayıb.
Görüş "Visla"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mahir meydana start "11-lik"də çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
"Legiya" bu məğlubiyyətdən sonra sonuncu - 18-ci pilləyə düşüb.
Mirağa