Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın (Varşava) baş məşqçisi Marek Qolebievski istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə "Przegląd Sportowy"nin əməkdaşı Maçiey Vaşovski "Twitter" hesabında paylaşım edib.
Jurnalistin iddiasına görə, Qolebievski "Visla Plotsk"a məğlubiyyətdən sonra komandanı çalışdırmaqdan imtina edib. Hələlik klub bununla bağlı hər hansı rəsmi açıqlama verməyib. Qarşıdakı matçlarda komandaya böyük ehtimalla köməkçi Prjemislav Małeçski rəhbərlik edəcək.
Qeyd edək ki, "Legiya" 18 turda 12 xal toplayaraq sonuncu - 18-ci pillədə qərarlaşıb.
Mirağa