Futbol üzrə Polşa çempionatında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası - “Legiya” da növbəti matçına çıxıb.
Varşava təmsilçisi 3-cü turdan təxirə salınmış oyunda “Zaqlembe”ni qəbul edib. Paytaxt təmsilçisi 4:0 hesablı darmadağına sevinib.
Azarkeşlərin klub avtobusuna hücumu zamanı əsas hədəfə çevrilən iki futbolçunun - Emrelinin və Lukinyasın adı matçın iştirak ərizəsinə salınmayıb.
15 xalı olan “Legiya” hazırda Ekstraklassanın turnir cədvəlində 18 iştirakçı arasında 15-ci pillədə mövqe tutub. Sözügedən komandanın ehtiyatda daha bir oyunu var.
Nihat