"Legiya Varşava" 2021-ci ildəki son matçına hazırlaşır.
Fanat.Az Polşa mətbuatına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emreli "Radomiak"la dekabrın 19-da baş tutacaq oyunda da iştirak etməyəcək.
Azarkeşlər tərəfindən döyülən Lukinyas və Mahir hələ də məşqlərə qatılmır.
Ötən həftə Plotskdan qayıdarkən azarkeşlərin hücumuna məruz qalan futbolçular “Zaqlebye" ilə əvvəlki turlardan təxirə salınmış matçda da oynamayıb. Baş məşqçi Aleksandr Vukoviç Mahir və Lukinyasla görüşüb. Onlara istirahət verildiyi bildirilib. Vukoviç yeni ildən sonra hər ikisinin Dubaya təlim-məşq toplanışına gedəcəyinə ümid etdiyini bildirib.
"Legiya" bazar günü baş tutacaq matça daha bir itki ilə çıxacaq. Tomaş Pekhart sarı vərəqələrin sayının çox olması səbəbindən "Radomiak"la oyunda iştirak etməyəcək.
Mirağa