Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Visla" Polşa Ekstraklassasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, XIX tur çərçivəsində iddialılardan "Lexia Qdansk"ı qəbul edən Plotsk təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.
Start heyətində yer almayan Krivotsyuk fasilədən dərhal sonra "Qarabağ"ın sabiq oyunçusu Yakub Jezniçakın əvəzinə oyuna qoşulub. Millimizin üzvü 70-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, bu qələbədən sonra "Visla" xallarını 29-a çatdıraraq 6-cı yerə yüksəlib. Antonun komandasını ilk "üçlüy"ü qapayan "Lexia Qdansk"dan cəmi 4 xal ayırır.
Mirağa