"Bayern Münhen"in hücumçusu Robert Levandovski Çempionlar Liqasının qalib olmağa əsas namizəd saydığı komandaların adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" Polşa yığmasının ulduz futbolçusunun söylədiklərini belə çatdırıb:
"Məncə, əsas favoritlər "Liverpul", "Mançester Siti", PSJ, "Real Madrid", "Çelsi" və bizik. Hansı oyunda qol vurmaq istəyərdim? Çempionlar Liqasının finalında. Bundan başqa, Polşa millisinin heyətində də dünya çempionatının önəmli pley-off matçlarının birində rəqib qapısına yol tapmaq arzumdur...
Çl-in ilk pley-off qarşılaşması fevralda baş tutacaq. O vaxta qədər vəziyyət dəyişə bilər. Ancaq bu gün adlarını saydığım komandalar digərlərindən daha şanslı görünürlər".
Nihat