"Bavariya"nın hücumçusu Leroy Sane Münhen klubunun hədəflərindən danışıb, həmçinin UEFA Çempionlar Liqasındakı favoritlər haqqında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki "Bild" nəşri 25 yaşlı futbolmunun dediklərini belə çatdırır: “Biz heç kimi Bundesliqa turnirinə buraxmaq fikrində deyilik və təbii ki, Almaniya çempionu olmaq istəyirik. Çempionlar Liqasına gəlincə, bu turnirdə kiçik detallar və konkret görüşdə komandanın forması həlledici əhəmiyyət kəsb edir. Hələ bu kuboku qazanmamışam, ona görə də xüsusi motivasiyam var. Çempionlar Liqasının qalibi olmaq üçün favoritlərə gəlincə, mən “Bavariya”, “Mançester Siti”, “Liverpul” və “Çelsi”ni Avropanın ən güclüləri hesab edirəm. Bununla belə, komandaların forması mövsümün sonuna qədər kəskin şəkildə dəyişə bilər”,
Xatırladaq ki, turnirin 1/8 finalında “Bavariya” “Zalsburq”la qarşılaşacaq.