Polşa millisinin baş məşqçisi postuna əsas namizəd müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu vəzifəyə Çeslav Mixneviçin təyin olunacağı gözlənilir.
“Legiya”nın sabiq baş məşqçisi, Paulu Souzanın qalmaqallı şəkildə tərk etdiyi postu tuta bilər. 51 yaşlı çalışdırıcının yer aldığı namizədlər siyahısında Adam Navalka və Yeji Bjençek də var.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”ya məhz Mixneviçin baş məşqçi olduğu vaxt keçib.