Xorvatiyanın "Dinamo Zaqreb" klubu Azərbaycan millisinin üzvü Mahir Emrelinin "Legiya"dan ayrılmasını gözləyir.
Fanat.Az "24sata.hr" saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisi futbolçumuzun varşavalılarla münasibətlərə özünün aydınlıq gətirməsini istəyir:
“Dinamo” hələ də Maksimirə pulsuz gələ bilməyən Azərbaycan millisinin üzvü və “Legiya”nın hücumçusu Mahir Emreli ilə maraqlanır. Emreli Polşa nəhəngi ilə müqaviləyə xitam verilməsini istəyib, lakin anlaşma FİFA səlahiyyətli deyil. Çünki azərbaycanlı ilə "legionerlər" arasında müqavilə yalnız Polşa arbitrajının səlahiyyətləri çərçivəsində razılaşdırılıb. Bu isə 24 yaşlı hücumçunun “Dinamo”ya gətirilməsi ilə bağlı bütün işi çətinləşdirir.
Zelko Kopiç məhz Emreli kimi hücumçu istəyir, Mahir də Polşadan ayrılmaq niyyətindədir ("Legiya" azarkeşləri ilə münaqişəyə görə), lakin "Dinamo" yenə də onun üçün "əlini kassaya" qoymalı olacaq. Emrelinin bazar dəyəri iki milyon avrodur, lakin onun real qiyməti xeyli aşağı olmalıdır. Maksimirdə tələsmirlər, "Legiya" və Emreli arasındakı mübarizədə hüquqi vəziyyətin inkişafını gözləyirlər..."
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulması üçün hüquqşünaslara müraciət edib. O, "Legiya"nı günahlandıraraq azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını bilrirərək, Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.